...

Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb

Cəmiyyət Materials 12 Fevral 2016 13:04 (UTC +04:00)
zRüşvət almaqda təqsirləndirilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb

Bakı. Samir Əli - Trend:

Rüşvət almaqda təqsirləndirilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Bu barədə Trend-ə R.Səfərov məlumat verib. O bildirib ki, ev dustaqlığı barədə haqqında çıxarılmış qərar yenidən həbs qətimkan tədbirinə dəyişdirilə bilər.

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Yanvarın 22-də isə Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Səfərov barəsində çıxarılmış qərar dəyişdirilərək o ev dustaqlığına buraxılıb.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti