...

Rüfət Səfərovun dilindən iltizam alınıb

Cəmiyyət Materials 12 Fevral 2016 16:19 (UTC +04:00)
Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib.
Rüfət Səfərovun dilindən iltizam alınıb

Bakı. Samir Əli - Trend:

Rüsvət almaqda təqsirləndirilərək ev dustağı edilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilib. Bu barədə Trend-ə R.Səfərov məlumat verib.

O bildirib ki, idarədə istintaq hərəkətləri ilə bağlı dindirilib və dilindən iltizam alınıb.

R.Səfərov fevralın 13-də yenidən idarədə dindiriləcək.

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl "Prokurorluq haqqında" qanunun 34-cü və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi"nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanmışdı.

Binəqədi rayon məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti