...

Türkiyə azərbaycanlı həkimləri işə dəvət edir

Cəmiyyət Materials 12 Fevral 2016 19:39 (UTC +04:00)
Azərbaycan Türkiyəyə ölkədə həkim çatışmazlığı problemini həll etməyə kömək edə bilər.
Türkiyə azərbaycanlı həkimləri işə dəvət edir

Bakı. Orxan Quluzadə - Trend:

Azərbaycan Türkiyəyə ölkədə həkim çatışmazlığı problemini həll etməyə kömək edə bilər. Bunu Trend-ə Türkiyə Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, hazırda Türkiyənin bəzi dövlət və özəl klinikalarında Azərbaycandan həkimlər işləyirlər və gələcəkdə onların sayının artacağı istisna edilmir.

Qurumdan, həmçinin qeyd ediblər ki, Türkiyədə həkim çatışmazlığının aradan qaldırılması üçün bəzi təsirli tədbirlər görülür.

Nazirlik Türkiyədə bu problemin yaxın 6-7 il ərzində həllinin mümkün olacağına ümid edir.

Qeyd edək ki, bu gün Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bəyan edib ki, hazırda Türkiyədə kəskin həkim çatışmazlığı hiss edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti