...

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Cəmiyyət Materials 14 Fevral 2016 13:15 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir
Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, cənub küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-12° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti