...

"Neftçilər" stansiyasının keçidləri təmir olunur

Cəmiyyət Materials 15 Fevral 2016 15:28 (UTC +04:00)
Bakı Metropoliteninin "Neftçilər" stansiyasının keçidlərində təmir işlərinə başlanılıb.
"Neftçilər" stansiyasının keçidləri təmir olunur

Bakı. Trend:

Bakı Metropoliteninin "Neftçilər" stansiyasının keçidlərində təmir işlərinə başlanılıb.

Trend metropolitenin saytına istinadən məlumat verir ki, hazırda stansiyanın 2-ci vestibülünün keçidlərinin divarlarında istismar müddətini başa vurmuş örtük sökülür. Yeni layihəyə əsasən, keçidlərin divarlarında stansiyanın adına uyğun mozaik lövhələrin yaradılması nəzərdə tutulub.

Bu işlər yekunlaşdıqdan sonra birinci vestibülün keçidlərinin təmirinə başlanılacaq. Təmir zamanı sərnişinlərin keçidlərdən istifadə olunmasına hər bir şərait yaradılıb.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC sədrinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, "Nizami" stansiyasının qatar yolu divarlarında mərmər örtüyün dəyişdirilməsinə də başlanılıb. 2-ci yolun köhnə mərmər örtüyü artıq sökülüb. Növbəti mərhələdə tor şəbəkə qurulacaq və yeni mərmər təbəqənin yığılmasına başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti