...

2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı təsdiq edildi

Cəmiyyət Materials 20 Fevral 2016 10:53 (UTC +04:00)
Azərbaycan Respublikası Nazirlər Kabineti “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nı təsdiq edib.
2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı təsdiq edildi

Bakı. Trend:

Azərbaycan Respublikası Nazirlər Kabineti "2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq edib.

Trend-in məlumatına görə, Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır: əhali, ilk növbədə İİV-ə yoluxmaya yüksəkriskli qruplar arasında İİV-in yayılma səviyyəsinin aşağı salınması; İİV-in anadan körpəyə ötürülməsi hallarının qarşısının alınması; erkən aşkarlanma, müalicə, qulluq və yardım vasitəsilə İİV infeksiyası ilə bağlı ölüm hallarının azaldılması və İİV-lə yaşayan insanların ömürlərinin uzadılması.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti