...

İdman gimnastikası üzrə Dünya Kubokunda jurnalistlər və azarkeşlər Azərbaycan barədə "Azernews" qəzetindən öyrənirlər (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2016 15:46 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunu işıqlandıran xarici jurnalistlər, eləcə də nümayəndə heyətlərinin üzvləri və əcnəbi tamaşaçılar Azərbaycan barədə məlumatı ölkədə yeganə ingilis dilli "Azernews" qəzetindən alırlar.
İdman gimnastikası üzrə Dünya Kubokunda jurnalistlər və azarkeşlər Azərbaycan barədə "Azernews" qəzetindən öyrənirlər (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunu işıqlandıran xarici jurnalistlər, eləcə də nümayəndə heyətlərinin üzvləri və əcnəbi tamaşaçılar Azərbaycan barədə məlumatı ölkədə yeganə ingilis dilli "Azernews" qəzetindən alırlar.

Qəzet açıq satışdadır və xarici qonaqlar və jurnalistlər üçün ingilis dilində yeganə dərc olunan informasiya mənbəyi olub.

"Azernews" 1997-ci ildən ingilis dilində yayımlanan ilk Azərbaycan qəzetidir. Qəzet və onlayn-nəşrdən ibarət "Azernews" Azərbaycan və Xəzər regionunda baş verən hadisələri işıqlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti