...

Səfir: Azərbaycan dünyaya iri idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək bacarığını bir daha göstərdi (FOTO)

Cəmiyyət Materials 21 Fevral 2016 17:06 (UTC +04:00)
Azərbaycan iri idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək bacarığını dünyaya bir daha göstərdi.
Səfir: Azərbaycan dünyaya iri idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək bacarığını bir daha göstərdi (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan iri idman yarışlarını ən yüksək səviyyədə təşkil etmək bacarığını dünyaya bir daha göstərdi. Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarında olduğu kimi idman gimnastikası üzrə Dünya Kuboku da ən yüksək səviyyədə təşkil edilib: "Bu, böyük fəxr hissi doğurur. Üstəlik bu gün idmançımız İbrahim Çolak halqalarda hərəkətdə qızıl medal qazanıb ki, bu da bizi qürurlandırır".

Səfir qeyd edib ki, dünyadakı bütün münaqişələrə baxmayaraq, Azərbaycanın dünyanın müxtəlif yerlərindən idmançıları bir araya toplamağı bacarması ən əsasıdır: "Azərbaycan idman ismarıcı ilə yanaşı, dünyaya dostluq ismarıcı da göndərib. Ən çox sevindirən də elə budur".

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti