...

Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda dayaqla tullanmada gümüş qazanıb

Cəmiyyət Materials 21 Fevral 2016 16:53 (UTC +04:00)
Azərbaycan gimnastı Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda dayaqla tullanmada gümüş medal qazanıb.
Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda dayaqla tullanmada gümüş qazanıb

Bakı. Trend:

Azərbaycan gimnastı Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda dayaqla tullanmada gümüş medal qazanıb.

O, finalda iki cəhdin yekunu üzrə 14.650 toplayıb.

Yaponiyalı Kenzo Şirai 14.975 balla ikinci, türkiyəli Əhməd Öndər isə 14.400 balla üçüncü olub.

Qeyd edək ki, İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti