...

Azərbaycan gimnastı Dünya Kubokunda sərbəst hərəkətlərdə bürünc qazanıb

Cəmiyyət Materials 21 Fevral 2016 17:40 (UTC +04:00)
Azərbaycan gimnastı Marina Nekrasova Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə bürünc medal qazanıb.
Azərbaycan gimnastı Dünya Kubokunda sərbəst hərəkətlərdə bürünc qazanıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastı Marina Nekrasova Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst hərəkətlərdə bürünc medal qazanıb.

Onun finalda nəticəsi 13.200 bal olub.

Qızıl medalı braziliyalı Flaviya Lopes (13.650 bal), gümüş medalı isə isveçli Emma Larsson (13.400 bal) əldə edib.

Qeyd edək ki, idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında başa çatacaq. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti