...

"Azərsun Holdinq"də Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 17:57 (UTC +04:00)
Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar “Azərsun Holdinq” silsilə tədbirlərə start verdi.
"Azərsun Holdinq"də Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi (FOTO)

Bakı. Trend:

Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar "Azərsun Holdinq" silsilə tədbirlərə start verdi.

23 fevral tarixində şirkətlər qrupunun mədəniyyət mərkəzində soyqırım qurbanların xatirəsinə həsr olunan anım tədbiri təşkil olundu.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının dəstəyi ilə keçirilən tədbirdə icmanın sədri və Şuşa rayon İcra Hakimiyyətinin sədri Bayram Səfərov çıxış etmiş, Xocalı faciəsi haqqında, bu faciənin dünyada tanıdılması və soyqırım kimi qəbul edilməsi istiqamətində aparılan işlər barədə məlumat vermiş, bu istiqamətdə aparılan fəaliyyətlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının rolunu xüsusi qeyd etmişdir.

Tədbirdə çıxış edən "Azərsun Holdinq"in İctimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov bu cür məlumatlandırma aksiyalarının məhz ölkə xaricində təbliğinin xüsusi rolunu qeyd edərək, şirkətlər qrupunun da bu tədbirləri hər zaman dəstəklədiyini bildirmişdir.

Mərasimdə müəllif Enurə Abdullayevanın "Əsgər papağı" film-tamaşası Bakı "Kölgə" teatrı tərəfindən nümayiş olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti