...

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradıldı

Cəmiyyət Materials 25 Fevral 2016 13:31 (UTC +04:00)
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradıldı

Bakı. Trend:

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb.

Bu barədə Trend-ə Agentlikdəm məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında" Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Apelyasiya Şurası yaradılıb.

Dövlət Agentliyinin sədr müavininin rəhbərlik etdiyi Apelyasiya Şurasının tərkibinə Agentliyin və onun tabeliyindəki "ASAN xidmət"in vəzifəli şəxsləri daxildir.

Qeyd edək ki, Şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin Dövlət Agentliyinə daxil olan təkrar şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti