...

"Azəryolservis" Bakı-Şamaxı yolunun çökən hissəsində bərpa işlərinə başladı

Cəmiyyət Materials 29 Fevral 2016 10:36 (UTC +04:00)
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti fevralın 27-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş çökmənin aradan qaldırılmasına başlayıb.
"Azəryolservis" Bakı-Şamaxı yolunun çökən hissəsində bərpa işlərinə başladı

Bakı. Samir Əli - Trend:

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti fevralın 27-də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş çökmənin aradan qaldırılmasına başlayıb.

Bu barədə Trend-ə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu gün "Azəryolservis" ASC tərəfindən yolda sürüşmənin fəsadlarının və qarşısının alınması istiqamətində işlərə başlanılıb.

Xatırladaq ki, fevralın 27-də adıçəkilən ərazidə baş verən sürüşmə nəticəsində yolun bir tərəfində hərəkət istiqamətində çökmə baş vermişdi. Hadisə nəticəsində avtomobillərin yolun digər zolağı ilə hərəkəti təmin edildiyindən yol bağlanmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti