...

Rusiyalı idmançı: Bakıdakı Milli Gimnastika Arenasına Avropa Çempionatına böyük fərəhlə qayıdacağam

Cəmiyyət Materials 6 Mart 2016 16:38 (UTC +04:00)
Mən Bakıdakı Milli Gimnastika Arenasına Avropa Çempionatına böyük fərəhlə qayıdacağam.
Rusiyalı idmançı: Bakıdakı Milli Gimnastika Arenasına Avropa Çempionatına böyük fərəhlə qayıdacağam

Bakı. Trend:

Mən Bakıdakı Milli Gimnastika Arenasına Avropa Çempionatına böyük fərəhlə qayıdacağam. Bunu Trend-ə Bakıda batut gimnastikası üzrə Dünya Kubokunda fərdi çıxışlarda qızıl medal qazanmış rusiyalı batutçu Dmitri Uşakov deyib.

O qeyd edib ki, qızıl medal qazanmasına görə çox şaddır və çıxışından tam razıdır: "Cüzi səhvlərə baxmayaraq, qələbə qazana bildim. Bütün yarışlar ərzində Bakı və I Avropa Oyunları barədə xoş təəssüratlara əsaslanan yaxşı əhval-ruhiyyə var idi. Yarşlar əla təşki edilib. Yayım təşkil edilib, valideynlər evdə internetdə yarışları izləyirlər. Bu, çox əladır. Böyük məmnuniyyətlə 2018-ci ildə Avropa Çempionatında iştirak etmək üçün bura gələcəyəm".

Batut gimnastikası üzrə FIG Dünya Kuboku 5-6 mart tarixində Bakıdakı Milli Gimnastika Arenasında keçirilib. Kubokda 17 ölkəni təmsil edən 77 gimnast (46 kişi və 31 qadın) fərdi və sinxron proqramlarda medallar uğrunda mübarizə aparıblar.

Yarışların ilk günündə təsnifat, ikinci günündə isə final yarışları və mükafatlandırma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti