...

Azərbaycanın ən gənc alimi gənclərlə görüşdü (FOTO)

Cəmiyyət Materials 7 Mart 2016 12:54 (UTC +04:00)
"ASAN Könüllüləri" Təşkilatı İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəv dəstəyi ilə keçirilən "1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsinin növbəti görüşü baş tutub.
Azərbaycanın ən gənc alimi gənclərlə görüşdü (FOTO)

Bakı. Trend:

"ASAN Könüllüləri" Təşkilatı İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyəv dəstəyi ilə keçirilən "1 Gənc - 1 Hekayə - 1 Uğur" layihəsinin növbəti görüşü baş tutub.

Trend-in məlumatına görə, layihənin budəfəki qonağı Azərbaycanın ən gənc alimi, Bakı Ali Neft Məktəbində Bərpaolunan Enerji Mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov olub. 3 saylı Bakı "ASAN xidmət" mərkəzində təşkil olunan görüşdə, qonaq karyera və təhsildə uğur qazanmağın sirrini gənclərlə bölüşüb və onların suallarını cavablandırıb. Tədbirin sonunda "uğuru bir cümlə ilə ifadə et" müsabiqəsinin qalibi təşkilat tərəfindən hədiyyə ilə mükafatlandırılmışdır.

Qeyd edək ki, ASAN Könüllüsü Bəxtiyar İslamovun ideya müəllifi olduğu bu layihənin əsas məqsədi şəxsi inkişafın gənclərin həyatındakı önəminə diqqət çəkmək, bu məqsədlə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gəncləri öz bilik və təcrübələrini gənclərlə bölüşmələrini təmin etməkdir.Layihə silsilə şəkilli görüşlərdən ibarət olacaq və layihədə gənclər uğura necə addımlamağı o yolda irəliləyən insanların özündən dinləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti