...

"Azərbaycan tolerantlıq və sabitlik məsələlərində digər ölkələr üçün nümunədir"

Cəmiyyət Materials 8 Mart 2016 14:39 (UTC +04:00)
Azərbaycan regionda tolerantlıq və sabitlik məsələlərində digər ölkələr üçün nümunədir.
"Azərbaycan tolerantlıq və sabitlik məsələlərində digər ölkələr üçün nümunədir"

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan regionda tolerantlıq və sabitlik məsələlərində digər ölkələr üçün nümunədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa deyib.

O, qeyd edib: "Bütün insanlar heç də eyni ölkədə eyni etnik qrupa və konfessiyaya aid olmamalıdırlar, lakin onlar bərabər olmalı və bir-birinə hörmət etməlidirlər, çünki eyni ölkənin vətəndaşıdırlar. Azərbaycan məhz bu anlayışa nümunədir".

V.Vike-Freyberqanın sözlərinə görə, dünya ölkələri müasir çağırışlara hazır olmaq üçün birgə səylər göstərməlidirlər: "Ümid edirəm ki, qarşıdakı Qlobal Bakı Forumu çərçivəsində müzakirələrin nəticəsi olaraq, biz səhiyyə sistemində epidemiya, ana və körpə ölümü kimi qlobal problemlərin həlli yollarını dünyaya təqdim edə biləcəyik".

Qeyd edək ki, martın 10-11-də Azərbaycanda IV Qlobal Bakı Forumu keçiriləcək. Tədbirdə 300-ə yaxın nümayəndə, o cümlədən Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət rəhbərləri, siyasi xadimləri iştirak edəcəklər.

IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti