...

Sabiq Baş nazir: IV Qlobal Bakı Forumu "geosiyasi Davos" ola bilər

Cəmiyyət Materials 10 Mart 2016 17:29 (UTC +04:00)
IV Qlobal Bakı Forumu "geosiyasi Davos" ola bilər.
Sabiq Baş nazir: IV Qlobal Bakı Forumu "geosiyasi Davos" ola bilər

Bakı. Anaxanım Hidayətova - Trend:

IV Qlobal Bakı Forumu "geosiyasi Davos" ola bilər.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda forumun kuluarlarında Bosniya və Herseqovinanın keçmiş Baş naziri Zlatko Laqumdziya deyib.

O bildirib: "Hər il bu forumda iştirak edirəm, forum bu qədər maraqlı insanı toplayan məkana çevrilir. Bu forumun daha miqyaslı olması, dünyanın isə daha yaxşı olması üçün birgə işləyəcəyik. Azərbaycan bu forumun platforması olmaq üçün yaxşı ölkədir".

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.

Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti