...

Azərbaycan və Pakistan ombudsmanları memorandum imzalayıblar

Cəmiyyət Materials 11 Mart 2016 18:35 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Yaponiyanın Tokyo şəhərində işgüzar səfərdə olub.
Azərbaycan və Pakistan ombudsmanları memorandum imzalayıblar

Bakı. Trend:

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Yaponiyanın Tokyo şəhərində işgüzar səfərdə olub.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər zamanı Azərbaycan ombudsmanı Pakistanın federal ombudsmanı ilə bu ölkənin Tokyodakı səfirliyində İran, Pakistan, Özbəkistan ombudsmanlarının və səfirlərinin iştirakı ilə insan hüquqlarının təmini və müdafiəsi, layiqli idarəetmə, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi və birgə tədbirlərin keçirilməsini nəzərdə tutan qarşılıqlı Anlaşma Memorandumu imzalayıb. Memorandumun məqsədi, habelə Azərbaycan vətəndaşlarının Pakistan ərazisində, Pakistan vətəndaşlarının isə respublikamızda hüquqlarının pozulması halları barədə təsisatların bir-birini vaxtında məlumatlandırması, pozulmuş hüquqların bərpa edilməsinə öz səlahiyyətləri çərçivəsində yardım göstərilməsidir.

Memorandumun imzalanma mərasimindən sonra Azərbaycan, İran, Çin, Pakistan, Özbəkistan ombudsmanlarının və səfirlərinin iştirakı ilə görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti