...

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 19 Mart 2016 10:49 (UTC +04:00)
Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 9 il ötür.
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMQ) yaradılmasından 9 il ötür.

DMQ mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və miqrasiya orqanlarının bir qrup əməkdaşı Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" kompleksinin önünə əklil qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti