...

Aberdin Azərbaycan Cəmiyyəti Novruz bayramını qeyd edib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2016 12:44 (UTC +04:00)
Aberdin Azərbaycan Cəmiyyəti Novruz bayramını qeyd edib.
Aberdin Azərbaycan Cəmiyyəti Novruz bayramını qeyd edib (FOTO)

Bakı. Trend:

Aberdin Azərbaycan Cəmiyyəti Novruz bayramını qeyd edib.

Azərbaycan xalqı hər il martın 20-21-ni təbiətin canlanması ilə əlaqədar yeni ilin başlanğıcı - Novruz bayramı kimi qeyd edir. Əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Novruz ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu səbəbdən xalqımız bu bayramı böyük rəğbət və sevgi ilə qarşılayır. Lakin qeyd etmək lazımdır ki, bəzi həmvətənlilərimiz bu bayramı öz doğma torpaqlarında keçirə bilməsələr də, baharın gəlişini, adət-ənənələrimizi yad ölkələrdə də yaşatmağa çalışırlar.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, tədbir Aberdin Azərbaycan Cəmiyyətinin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyevin çıxışı ilə başlayıb. Novruz bayramı haqqında, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı barədə qonaqlara ətraflı məlumatlar verilib.

K.Əliyev bildirib ki, Azərbaycan Respublikasını xaricdə təmsil edən gənclər olaraq Novruz bayramını təhsil aldıqları universitetdə də yaşatmağa çalışıblar. Universitetin Azərbaycan Cəmiyyəti həmin ali təhsil müəssisəsində baharın gəlişini yerli və xarici tələbələrlə birlikdə keçirib.

Qonaqlar Cəmiyyətin üzvləri tərəfindən ifa edilən Azərbaycanın milli musiqi və rəqsləri ilə tanış olublar. Eyni zamanda, tədbir zamanı qonaqlara Azərbaycan mətbəxinin zəngin çeşidli yeməkləri təqdim olunub və milli adətlərə uyğun olaraq hazırlanmış bayram xonçaları da diqqətlərinə çatdırılıb.

Tədbir iştirakçıları Azərbaycanın milli adətlərini yüksək rəğbətlə qarşılayıb və tədbirdə əməyi keçən hər bir tələbəyə öz təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti