...

Ali Məhkəmədə Asif Yusiflinin kasassiya şikayətinə baxılacaq

Cəmiyyət Materials 26 Mart 2016 13:16 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Asif Yusiflinin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılacaq tarix müəyyənləşib.
Ali Məhkəmədə Asif Yusiflinin kasassiya şikayətinə baxılacaq

Bakı. Samir Əli - Trend:

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Asif Yusiflinin Bakı Apelyasiya Məhkəməsinin qərarından verdiyi kasassiya şikayətinə baxılacaq tarix müəyyənləşib.

Bu barədə Trend-ə açıqlamasında A.Yusiflinin vəkili Fəxrəddin Mehdiyev bildirib.

Vəkil bildirib ki, kasassiya şikayətinə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə aprelin 29-da baxılacaq.

Xatırladaq ki, AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü A.Yusifli Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilib. Ona qarşı ittiham zərərçəkən Fəridə Zülfüqarovanın şikayəti əsasında irəli sürülüb. A.Yusifli F.Zülfüqarovanın 6500 manat pulunu mənimsəməkdə təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənim hökmünü Bakı Apelyasiya Məhkəməsi 2015-ci il oktyabrın 9-da çıxardığı qərarla qüvvəsində saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti