...

Novruzda Azərbaycana gəlmiş turistlərin sayı ötənilki göstəricini xeyli üstələyib

Cəmiyyət Materials 28 Mart 2016 15:31 (UTC +04:00)
Novruz bayramında Azərbaycana səfər etmiş turistlərin əksəriyyəti İran vətəndaşları olub.
Novruzda Azərbaycana gəlmiş turistlərin sayı ötənilki göstəricini xeyli üstələyib

Bakı. Ənvər Məmmədov - Trend:

Novruz bayramında Azərbaycana səfər etmiş turistlərin əksəriyyəti İran vətəndaşları olub. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu il İrandan Azərbaycana gəlmiş turistlərin sayı ötən illərin göstəricilərini xeyli üstələyib: "Mərkəzi Asiya ölkələrindən gələn turistlərin də sayı az olmayıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu il qeydə alınmış turist axını ötənilki, eləcə də əvvəlki illərin göstəricilərini xeyli üstələyir".

N.Bağırov əlavə edib ki, turistlər məhz fəal istirahət məqsədilə Azərbaycana gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti