...

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

Cəmiyyət Materials 3 Aprel 2016 12:27 (UTC +04:00)
Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.
Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb

Bakı. Trend:

Xəzərin Türkmənistan sahillərində neftçi olduğu ehtimal edilən meyit tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti