...

Penitensiar Xidmət əməkdaşlarından Ali Baş Komandana müraciət: "Torpaqlarımızın azad olunması uğrunda savaşa hazırıq!" (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2016 16:42 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının zabit və gizirləri torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyi ilə Ali Baş Komandana müraciət ediblər.
Penitensiar Xidmət əməkdaşlarından Ali Baş Komandana müraciət: "Torpaqlarımızın azad olunması uğrunda savaşa hazırıq!" (FOTO)

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının zabit və gizirləri torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyi ilə Ali Baş Komandana müraciət ediblər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Ədliyyə Nazirliyinin nəzdində penitensiar müəssisələrin mühafizəsi üzrə fəaliyyət göstərən alayın baş qərargahında toplantı keçirilib.

Tədbirdə iştirakçılara Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu, son günlər ərzində mənfur düşmənə qarşı aparılan döyüşlərdə əldə olunan qələbələr barədə məlumat verilib. Qeyd olunub ki, Penitensiar Xidmətin Mühafizə alayının şəxsi heyəti ermənilərin torpaqlarımıza təcavüz etdikləri gündən işğalçılara qarşı aparılan döyüşlərdə fəal iştirak edib, cəbhədə xüsusi rəşadət göstəriblər. Qarabağ müharibəsində alayın yeddi zabit və əsgəri Milli Qəhrəman adına layiq görülüb, şəxsi heyətin iyirmi altı üzvü şəhidlik zirvəsinə ucalıb. Alay döyüş ənənəsini bu gün də uğurla davam etdirmək niyyətindədir.

Mühafizə alayının şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canından keçməyə hazır olduğunu və hər an Ali Baş Komandanın əmrini gözlədiyini bildirib.

Tədbirin sonunda Ali Baş Komandana "Torpaqlarımızın azad olunması uğrunda savaşa hazıram!" müraciəti səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti