...

Azərbaycanda bütün dərsliklər elektronlaşdırılacaq

Cəmiyyət Materials 7 Aprel 2016 13:32 (UTC +04:00)
Qısa müddət ərzində Azərbaycanda istifadə olunan bütün dərsliklər Təhsil Nazirliyinin dəsrliklərlə bağlı hazırladığı portalda yerləşdiriləcək.
Azərbaycanda bütün dərsliklər elektronlaşdırılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Qısa müddət ərzində Azərbaycanda istifadə olunan bütün dərsliklər Təhsil Nazirliyinin dəsrliklərlə bağlı hazırladığı portalda yerləşdiriləcək.

Trend-in məlumatına görə, bunu təhsilı nazirinin müavini Ceyhun Bayramov bu gün jurnalistlərə deyib.

Onun sözlərinə görə, 2014-cü ilin sentyabr ayından başlayaraq Təhsil Nazilriyi dərsliklərin yerləşdirilməsi üçün platforma hazırlayıb. Dərsliklər tədricən elektronlaşdırılaraq həmin platformada yerləşdirilib.

C.Bayramov deyib ki, qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, artıq həmin platformanın qeydiyyatdan keçmiş istifadəçilərinin sayı 70 min nəfərə yaxın olub.

Bunu platformaya böyük marağın olmasının nəticəsi sayan C.Bayramov bildirib ki, hazırda dərsliklərdən başqa, əlavə tədris resurlarının da yaradılması üçün işlər aparılır.

Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqi ilə bağlı işlərin hər il davam etdiyini deyən nazir müavini əlavə edib ki, bu gün Təhsil Nazirliyinin İKİ üzrə vahid təhsil şəbəkəsi mövcuddur. Hazırda 2 mindən çox məktəb bu şəbəkənin tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti