...

Azərbaycanda Dövlət Turizm Reyestri yaradılacaq

Cəmiyyət Materials 8 Aprel 2016 14:48 (UTC +04:00)
Azərbaycanda turizm müəssisələri üçün Dövlət Turizm Reyestrinin yaradılması nəzərdə tutulur.
Azərbaycanda Dövlət Turizm Reyestri yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm müəssisələri üçün Dövlət Turizm Reyestrinin yaradılması nəzərdə tutulur.

Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib.

Onun sözlərinə görə, Dövlət Turizm Reyestrinin yaradılması "Turizm haqqında" yeni qanun layihəsinə daxil edilib.

M.Qəhrəmanov deyib ki, dövlət reyestrinə daxil olan, uyğunluq sertifikatı olan turizm müəssisəsinin fəaliyyəti qanunauyğun hesab olunacaq.

Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycandakı hotellər üçün hazırda könüllü qaydada həyata keçirilən sertifikatlaşdırmanın məcburi qaydada tətbiqi planlaşdırılır: "Turizm sənayesində olan bütün hotellərə nəzarət mexanizmi kimi planlaşdırırıq ki, sertifikatlaşdırma məcburi olsun. Lakin bu, hələ təklifdir. Bununla bağlı hələlik qəti fikrə gəlinməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti