...

Kiyevdə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2016 18:35 (UTC +04:00)
Bu gün Ukraynada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının fəal üzvlərinin təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub.
Kiyevdə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Ukraynada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının fəal üzvlərinin təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən hərbi təxribatlara etiraz etmək olub.

Aksiya iştirakçıları "Qarabağ Azərbaycanındır" , "Qarabağ bizimdir" "Ermənilər, Qarabağdan rədd olun!" kimi şüarlar səsləndiriblər. Həmçinin əllərində 3 dildə (Azərbaycan, Ukrayna və ingilis) "Erməni aqressiyasına son!", "Mən Qarabağa - evimə qayıtmaq istəyirəm!" plakatları tutublar.

Mitinqdə çıxış edən gənclər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinə dəstəklərini ifadə ediblər. Onlar 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyi tələb ediblər.

Nümayişçilər Ermənistan səfirliyi binasının giriş qapısının qarşısında üzərində "Artıq işğal olunmuş torpaqlardan qaçmağın vaxtıdır" sözləri yazılmış çantalar qoyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti