...

Bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 9 Aprel 2016 12:10 (UTC +04:00)
Bu gün bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçiriblər.
Bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib (ƏLAVƏ OLUNUB) (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçiriblər.

Trend-in məlumatına görə, aksiyada gənclər Ə.Kərimlinin sosial şəbəkədə qeyd etdiyi antiazərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər.

Aksiyada gənclər "Muharibədə olmayan müharibə təbliğatçısı", "Şəhid qanından istifadə edən şərəfsiz", "Vətən satqınlarına Azərbaycanda yer yoxdur", "Əli Kərimliyə ar olsun", "Milli satqın", "Erməni nokəri" kimi şüarlar səsləndiriblər.

x x x

Bu gün gündüz saatlarında daha bir qrup gənc tərəfindən AXCP sədri Əli Kərimlinin evi qarşısında növbəti dinc aksiya keçirilib.

Trend-in məlumatına görə, aksiyada iştirak edənlər Ə.Kərimlinin Azərbaycanı tərk etməsini tələb edən şüarlar səsləndiriblər: "Rədd ol Azərbaycandan, Əli Kərimli", "Fərari, rədd ol".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti