...

Ekoloji maarifləndirməyə dair videoçarx hazırlandı (VİDEO)

Cəmiyyət Materials 11 Aprel 2016 12:08 (UTC +04:00)
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaşıl həyat: Təbiəti Qoruyaq!" layihəsi çərçivəsində maarifləndirici videoçarx hazırlanıb.
Ekoloji maarifləndirməyə dair videoçarx hazırlandı (VİDEO)

Bakı - Trend:

"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Yaşıl həyat: Təbiəti Qoruyaq!" layihəsi çərçivəsində maarifləndirici videoçarx hazırlanıb.

Trend-in məlumatına görə, videorolikdə ətraf mühitin qorunmasının vacibliyi vurğulanıb.

Həmçinin, videoçarxda Azərbaycanın tanınmış simalarının ətraf mühitin qorunmasına dair çağırışları da yer alıb. Həmçinin qeyd edilib ki, ətraf mühitin qorunmaması nəticəsində təbii fəlakətlər çoxalır.

Qeyd edək ki, layihənin məqsədi ətraf mühitin qorunması üçün gənclər arasında maarifləndirmə işini artırmaq, "yaşıl həyat" tərzini onlara aşılamaqdır.

Layihə çərçivəsində Bakı və Gəncədə ətraf mühitin mühafizəsi mövzusunda dəyirmi masalar keçirilib. Gənclər üçün ətraf mühitin mühafizəsi mövzusunda maarifləndirici və təbliğat xarakterli köynəklər hazırlanaraq gənclərə paylanılıb. Eyni zamanda, "Yaşıl həyat" adlı maarifləndirici kitab hazırlanaraq paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti