...

Moldovada erməni təxribatına etiraz (FOTO/VİDEO)

Cəmiyyət Materials 11 Aprel 2016 16:03 (UTC +04:00)
Moldovada erməni təxribatına etiraz məqsədilə aksiya keçirilib.
Moldovada erməni təxribatına etiraz (FOTO/VİDEO)

Bakı. Trend:

Moldovada erməni təxribatına etiraz məqsədilə aksiya keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu ölkədə təhsil alan tələbələr tərəfindən "Azərbaycan əsgərinə dəstək" kampaniyası adı altında "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq", "Stop Armenian Aggression", "Просим Международные организации остановить aрмянскую оккупацию территорий Азербайджана", "Erməni zorakılığına son", "İşğala son", "Qarabağ Azərbaycanındır" və sair şüarlarla əvvəlcə paytaxt Kişinyov şəhərinin mərkəzində yerləşən "Ştefan çel Mare" parkında, daha sonra Ermənistanın fəxri konsulluğu qarşısında nümayiş keçirilib.

Azərbaycanlı tələbələrə dəstək məqsədilə nümayişə Türkiyə Tələbə Cəmiyyəti, moldovalı tələbələr və Moldovada yaşayan azərbaycanlılar da qatılıblar

İki saat davam edən bu nümayiş yerli əhali tərəfindən böyük maraqla qarşılanıb və dəstək alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti