...

Ağ Evin saytında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı petisiyanı artıq 65 mindən çox insan imzalayıb

Cəmiyyət Materials 11 Aprel 2016 18:02 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya” layihəsi uğurla davam edir.
Ağ Evin saytında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı petisiyanı artıq 65 mindən çox insan imzalayıb

Bakı. Trend:

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya" layihəsi uğurla davam edir.

Trend-in məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov bildirib ki, Ağ Ev Administrasiyasının internet resursunda (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) cəmi 4 gün öncə petisiya açılmasına baxmayaraq, artıq 65 mindən çox insan petisiyanı imzalayıb: Əlbəttə, bu çox yüksək göstəricidir, amma sayı milyonlarla olan dünya azərbaycanlılarının, dünya türklərinin hamısı bir nəfər kimi bu kampaniyaya qoşulmalı, hamı işğalçı Ermənistanı ifşa etmək üçün birləşməli, daha yüksək göstəricilər əldə olunmalıdır. Düzdür, qaydalara görə 100 000 səs petisiya üçün kifayət edir, lakin biz miyonlarıq və milyonların imzası Qarabağ həqiqətlərini, Sərsəng harayını beynəlxalq aləmə çatdırmalıdır. Hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti