...

Nazir son əməliyyatlarda həlak olan şəhidlərə kompensasiyanın verilməsi məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 14 Aprel 2016 14:03 (UTC +04:00)
Aprelin əvvəllərində təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı həlak olan şəhidlərə kompensasiyanın verilməsi üçün bəzi prosedurlar icra edilməlidir.
Nazir son əməliyyatlarda həlak olan şəhidlərə kompensasiyanın verilməsi məsələsinə aydınlıq gətirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Aprelin əvvəllərində təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı həlak olan şəhidlərə kompensasiyanın verilməsi üçün bəzi prosedurlar icra edilməlidir.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə aprelin əvvəllərində təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı həlak olan şəhidlərə kompensasiyanın verilib-verilməyəcəyi məsələsinə aydınlıq gətirərkən deyib: "Bu məsələlər barədə indi danışmaq çox tezdir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna uyğun olaraq, yerli icra hakimiyyəti orqanları tərəfindən həmin insanlara şəhid statusunun verilməsi, onların ailələrinin şəhid ailəsi kimi qeydiyyata götürülməsi proseduru həyata keçirilməlidir".

Nazir əlavə edib ki, bundan sonra həmin sənədlər ƏƏSMN-ə təqdim ediləcək.

S.Müslümovun sözlərinə görə, bu prosedurlar həyata keçirildikdən sonra mövcud qanunvericiliyə uyğun olaraq, həmin ailələr onlar üçün nəzərdə tutulmuş bütün imkanlarla təmin ediləcək.

S.Müslümov deyib ki, hərbçilərin aldığı əmək haqqı çox yüksəkdir. Hərbçi həlak olduqda onun yaşı 18-dək olan uşağı və ya əyanı təhsil alan yaşı 23-dək olan uşağı, yaxud yaşından asılı olmayaraq, əlil övladı, əmək qabiliyyəti olmayan həyat yoldaşı və ya ata-anası varsa, onlar üçün şəhid olmuş hərbçinin mövcud maaşına uyğun olaraq, "Əmək pensiyaları haqqında" qanun əsasında əmək pensiyası müəyyənləşdirilir.

Bundan başqa, bütün şəhid ailələrinə 220 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin Təqaüdü verilir. Onlar üçün həm də digər bütün güzəştlər tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti