...

Azərbaycan planşet kompüterlər ixrac edəcək

Cəmiyyət Materials 17 Aprel 2016 12:10 (UTC +04:00)
Azərbaycan görmə qabiliyyəti məhdud insanlar üçün "Braille Pad" planşet kompüterlər ixrac edəcək.
Azərbaycan planşet kompüterlər ixrac edəcək

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycan görmə qabiliyyəti məhdud insanlar üçün "Braille Pad" planşet kompüterlər ixrac edəcək. Bunu Trend-ə "Braille Pad" layihəsinin rəhbəri Rəşid Əliyev deyib.

Onun sözlərinə görə, may ayında Avropa şirkətlərinin biri ilə "Braille Pad" ekranının prototipinin istehsalı məsələsi ilə bağlı danışıqların aparılması planlaşdırılır.

R.Əliyev qeyd edib ki, kütləvi istehsala Çində başlamaq nəzərdə tutulub: "Buna böyük maliyyə vəsaiti tələb olunur. Hesablamalarımıza görə, bu vəsait 1,5 milyon dolları ötə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti