...

Sabah havanın maksimal temperaturu 25 dərəcə olacaq

Cəmiyyət Materials 18 Aprel 2016 12:31 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Sabah havanın maksimal temperaturu 25 dərəcə olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşama doğru tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti