...

"BakuBus" yeni marşrut xətləri istifadəyə verəcək

Cəmiyyət Materials 19 Aprel 2016 10:40 (UTC +04:00)
"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti yarandığı gündən 14 marşrut xətti üzrə ilkin mərhələdə Bakının mərkəzini əhatə etməyi nəzərdə tuturdu, amma bu gün hədəf bütün Bakıdır.
"BakuBus" yeni marşrut xətləri istifadəyə verəcək

Bakı. Trend:

"BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti yarandığı gündən 14 marşrut xətti üzrə ilkin mərhələdə Bakının mərkəzini əhatə etməyi nəzərdə tuturdu, amma bu gün hədəf bütün Bakıdır.

Bunu Trend-ə şirkətin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N.Allahyarova bildirib ki, ötən gün Prezident İlham Əliyev tərəfindən açılışı edilən "BakuBus"ın ikinci deposu da sərnişinlərin çoxluğunu, təklif və tələblərini nəzərə alaraq istifadəyə verilib.

N.Allahyarova deyib ki, hazırda "BakuBus"ın 14 marşrut xəttinin 8-i fəaliyyət göstərir: "Ancaq bu ilin sonuna qədər şəhərin mərkəzində nəzərdə tutulan bütün marşrut xətlərinin istifadəyə verilməsini nəzərdə tuturuq".

Onun sözlərinə görə, bu gün "BakuBus"ın hədəfi yalnız Bakının mərkəzi deyil, bütün Bakıdır.

N.Allahyarova bildirib ki, yaxın gələcəkdə "BakuBus"ın avtobusları Bakı şəhərinin bütün istiqamətlərində fəaliyyət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti