...

Mikayıl Cabbarov: Zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanması diqqət mərkəzindədir

Cəmiyyət Materials 19 Aprel 2016 17:39 (UTC +04:00)
İlk növbədə, zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanması Təhsil Nazirliyinin diqqət mərkəzindədir.
Mikayıl Cabbarov: Zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanması diqqət mərkəzindədir

Bakı. İlhamə İsabalayeva - Trend:

İlk növbədə, zəif nəticə göstərən məktəblər üçün xüsusi layihələrin hazırlanması Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan üçün öyrət" layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, elə bölgələrimiz və məktəblərimiz var ki, onlar ümumrespublika göstəricilərindən xeyli dərəcədə aşağı nəticələr göstərirlər.

M.Cabbarov qeyd edib ki, "Azərbaycan üçün öyrət" layihəsinin məqsədi də ilk növbədə ümumi nəticələri respublika səviyyəsindən daha aşağı olan məktəblər, yaxud akademik nailiyyətləri daha zəif olan şagirdlər üçün bərabər imkanların yaradılmasıdır: "Təbii ki, zəif akademik nailiyyətləri şərtləndirən amillərin nə olduğu mürəkkəb və ən vacib məsələdir. Onların kökü haradadır? Məktəbdədirmi, təhsil sistemindədirmi, məktəbin idarə edilməsindədirmi? Yoxsa sosial faktorlardadır - ailədə, sosial-iqtisadi səviyyədədir? Çox güman ki, bu, müxtəlif faktorların - təhsil sisteminə aid faktorlar, eyni zamanda təhsil sistemindən kənar faktorların birləşməsidir. Müxtəlif şəraitdə olan vətəndaşlarımız, şagirdlərimiz nəticə etibarilə müxtəlif akademik nəticələrə imza atırlar, müxtəlif nailiyyətlər göstərirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti