...

Azərbaycan Xalça Muzeyində yanğın təhlükəsizliyi təlimi keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2016 15:12 (UTC +04:00)
Aprelin 20-də Azərbaycan Xalça Muzeyində yanğın hadisəsi zamanı insanların xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib.
Azərbaycan Xalça Muzeyində yanğın təhlükəsizliyi təlimi keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 20-də Azərbaycan Xalça Muzeyində yanğın hadisəsi zamanı insanların xilas olunması və yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib.

Muzeyin mətbuat katibi Fuad Rəsulun Trend-ə verdiyi məlumata görə, təlimin keçirilməsində əsas məqsəd baş verə biləcək yanğınlar zamanı işçi personalın Yanğından Mühafizə Xidmətinin çağırılma, onların ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin və digər vasitələrin təxliyə olunma və ümumilikdə işçi personalın ekstremal vəziyyətdə hərəkət qaydaları izah edilib. Bununla bağlı Azərbaycan Xalça Muzeyinin yanğın avtomatika üzrə mütəxəssisi Vahid Muradov tərəfindən əyani olaraq OP-6 və OU-10 markalı yanğınsöndürmə vasitələrinin istifadə qaydaları nümayiş olunub.

Tədbir fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili, yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə başa çatıb. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti