...

Ötən gün Bakıda baş vermiş partlayışın səbəbi məlum olub

Cəmiyyət Materials 25 Aprel 2016 11:03 (UTC +04:00)
Ötən gün Bakı şəhəri, Şərifzadə 20 ünvanında baş vermiş partlayışın səbəbi məlum olub - partlayış qaz sızması səbəbindən baş verib.
Ötən gün Bakıda baş vermiş partlayışın səbəbi məlum olub

Bakı. Ənvər Məmmədov - Trend:

Ötən gün Bakı şəhəri, Şərifzadə 20 ünvanında baş vermiş partlayışın səbəbi məlum olub - partlayış qaz sızması səbəbindən baş verib.

Trend-in məlumatına görə, hazırda hadisə yerində "Azəriqaz" İB və FHN əməkdaşları iş aparır.

"Azəriqaz" İB-dən bildirilib ki, hazırda ərazidə və ətraf evlərdə qazın verilişinin bərpası üzrə işlər aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dünən Bakı şəhəri, Yasamal rayonunda inzibati binanın anbarında partlayışın baş verməsi barədə məlumat daxil olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq diqər hüquq-mühafizə orqanları ilə birgə təhlükəsizlik tədbirləri həyata keçirmişdir.

Əməliyyat saat 13:07-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti