...

Azərbaycan-Fransa Universiteti bu il fəaliyyətə başlaya bilər

Cəmiyyət Materials 26 Aprel 2016 17:17 (UTC +04:00)
Azərbaycan-Fransa Universiteti bu ilin sentyabrından fəaliyyətə başlaya bilər.
Azərbaycan-Fransa Universiteti bu il fəaliyyətə başlaya bilər

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycan-Fransa Universiteti bu ilin sentyabrından fəaliyyətə başlaya bilər.

Trend-in məlumatına görə, Azərbaycanda səfərdə olan Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dizerlə Bakı Fransız Liseyində görüşən təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu gün əməkdaşlığın növbəti mərhələsi kimi Azərbaycan-Fransa Universiteti layihəsinin həyata keçirilməsi müzakirə olunur: "Bizim qarşımızda duran əsas məqsəd odur ki, bu ali təhsil müəssisəsi 2016-cı il sentyabrın 15-də fəaliyyətə başlasın".

Nazir qeyd edib ki, Fransa tərəfindən bu layihədə tərəfdaş universitet Strasburq Universiteti, Azərbaycan tərəfdən əsas tərəfdaş isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetidir: "Bu fəaliyyət artıq bir ildən çoxdur ki, həyata keçirilir. Hazırda Fransa tərəfindən növbəti mərhələ üzrə addımları özündə əks etdirən sənəd layihəsi təqdim olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti