...

Sabah da ölkə ərazisində yağmurlu hava olacaq

Cəmiyyət Materials 29 Aprel 2016 12:39 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Sabah da ölkə ərazisində yağmurlu hava olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-14, gündüz 15-20, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 30-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.

Aprelin 30-dan mayın 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti