...

Azərbaycanda fövqəladə halların idarə olunması üzrə geo-informasiya bazası yaradılacaq

Cəmiyyət Materials 29 Aprel 2016 13:00 (UTC +04:00)
Azərbaycanın bütün ərazisində fövqəladə halların idarə olunması üzrə geo-informasiya bazası yaradılacaq.
Azərbaycanda fövqəladə halların idarə olunması üzrə geo-informasiya bazası yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın bütün ərazisində fövqəladə halların idarə olunması üzrə geo-informasiya bazası yaradılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxış edən Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.

Nazir müavini qeyd edib ki, fövqəladə hallar atlasının hazırlanmasında müvafiq infomasiya bazasının yaradılması sosial iqtisadi əhəmiyyətə malikdir: "Burada yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələri, biznes-struktur obyektləri, strateji neft-qaz kommunikasiya xətləri və s. haqqında məlumatlar öz əksini tapacaq. Bu işdə FHN və AMEA və digər dövlət qurumlarının iştirakı nəzərdə tutulub. Bazanın yaradılmasında məqsəd fövqəladə halların opertiv idarə edilərək, ölkə ərazisində risk və təhlükələrin dayandırılması, fövqəladə hallarda vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, ərazinin mühafizəsinin təmin edilməsi, dəyən ziyanın minimuma endirilməsi və ölkənin inkişafının təmin edilməsi sahəsində vahid informasiya bazasının yaradılmasıdır. Artıq bunun üçün yol xəritəsi hazırlanıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti