...

AMEA-da struktur islahatları aparıldı

Cəmiyyət Materials 29 Aprel 2016 16:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları aparılıb. Trend-in məlumatına görə, bu barədə qərar AMEA-nın illik ümumi yığıncağında elan edilib.
AMEA-da struktur islahatları aparıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları aparılıb. Trend-in məlumatına görə, bu barədə qərar AMEA-nın illik ümumi yığıncağında elan edilib.

AMEA-nın prezidenti Akif Əlizadə Akademiyanın Aqrar bölməsinin Tibb və Biologiya bölməsi ilə birləşdirilməsinin təklif edildiyini deyib.

Aqrar bölmədə 3 institutun olduğunu xatırladan AMEA prezidenti bildirib ki, həmin bölmədə fəaliyyət göstərən Eroziya və Suvarma İnstitutunun Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilməsi təklif edilir. Yeni institutun Torpaqşünaslıq və Aqrokimya İnstitutu adı altında fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.

A.Əlizadə qeyd edib ki, İctimai Elmlər bölməsində hüquq sahəsi ilə iki institut məşğul olur. Bunlarla məşğul olan Fəlsəfə və Hüquq İnstitutunun hüquq sahəsinin İnsan Hüquqları İnstitutuna birləşdirilməsi, Fəlsəfə və Hüquq İnstitutunun Fəlsəfə, İnsan Hüquqları İnstitutunun isə Hüquq İnstitutu adı altında fəaliyyət göstərməsi təklif edilir.

Bu təkliflər iclasda səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti