...

Alimlərə "Qızıl medal" təqdim edildi

Cəmiyyət Materials 29 Aprel 2016 17:25 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın təqdimetmə mərasimi keçirilib.
Alimlərə "Qızıl medal" təqdim edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"nın təqdimetmə mərasimi keçirilib.

Trend-in məlumatına görə, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə və akademik Böyükkişi Ağa oğlu Ağayev Azərbaycanda qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərinə, o cümlədən üçcildlik "Cərrahi əməliyyatların atlası" kitabının hazırlanmasında xidmətlərinə görə bu ali mükafata layiq görülüblər.

Bildirilib ki, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin sonuncu iclasında qəbul olunub. Qərarda "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələrinin elan edilməsi, adları çəkilən alimlərin medalla təltif olunmaları və namizədlərə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə məsələlər öz əksini tapıb.

Tədbirdə sözügedən medalla təltif etmək səlahiyyətinin ölkə başçısının 27 iyun 2014-cü il tarixli fərmanı ilə Akademiyaya verildiyi qeyd olunub. Vurğulanıb ki, müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub. Komissiyanın bu il keçirilmiş yekun iclasında "Qızıl medal"a namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti