...

Millət vəkili türk dünyasını erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2016 11:46 (UTC +04:00)
Rizedə Türk Ocaqlarının təşkil etdiyi və çoxlu sayda QHT, KİV rəhbərləri, gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı genş çıxış edən millət vəkili Qənirə Paşayeva şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyib.
Millət vəkili türk dünyasını erməni yalanları ilə mübarizədə daha fəal olmağa çağırıb (FOTO)

Bakı. Trend:

Rizedə Türk Ocaqlarının təşkil etdiyi və çoxlu sayda QHT, KİV rəhbərləri, gənclərin iştirak etdiyi konfransda ön cəbhədə baş verən son hadisələrlə bağlı genş çıxış edən millət vəkili Qənirə Paşayeva şəhidlərimizə Allahdan rəhmət, əziz ailələrinə səbr diləyib. Millət vəkili deyib: "Ordumuz düşmənə layiq olduğu cavabı verib və verir. Azərbaycan ordusu düşmənə layiqli cavab vermək gücündə olan bir ordudur və biz hamımız dünyanın harasında yaşamamızdan asılı olmayaraq ordumuzun könüllü əsgəriyik və olmalıyıq. İnanırıq ki, bütün Türk dünyası və diasporu bu gün tək ürək kimi Azərbaycanın yanındadır".

Millət vəkili Ermənistanın ön cəbhədə törətdiyi təxribatlar, mülkü vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər, həlak olan və yaralı mülkü vətəndaşlar barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti