...

Amerikalı iştirakçı: Bakı Marafonu bu idman növü ilə maraqlananlar üçün əla imkandır

Cəmiyyət Materials 1 May 2016 11:42 (UTC +04:00)
Bakı Marafonu bu idman növü ilə maraqlananlar üçün əla imkandır.
Amerikalı iştirakçı: Bakı Marafonu bu idman növü ilə maraqlananlar üçün əla imkandır

Bakı. Elçin Mehdiyev, Ənvər Məmmədov - Trend:

Bakı Marafonu bu idman növü ilə maraqlananlar üçün əla imkandır. Bunu Trend-ə marafonun amerikalı iştirakçısı Brent Lesport deyib.

O bildirib: "Bu yarışlarda iştirak etməkdən çox məmnunam. Bu gün burada olmaqdan çox şadam".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti