...

Qalib marafonçu: Bakı Marafonu kimi tədbirlərin keçirilməsi ənənəyə çevriləcək

Cəmiyyət Materials 1 May 2016 12:06 (UTC +04:00)
Əminəm ki, gələcəkdə Bakı Marafonu kimi tədbirlərin keçirilməsi ənənəyə çevriləcək.
Qalib marafonçu: Bakı Marafonu kimi tədbirlərin keçirilməsi ənənəyə çevriləcək

Bakı. Maksim Tsurkov - Trend:

Əminəm ki, gələcəkdə Bakı Marafonu kimi tədbirlərin keçirilməsi ənənəyə çevriləcək. Bunu Trend-ə marafonun qalibi, "Ankara" liseyinin müəllimi Namiq Əsədov deyib.

Marafonda ilk dəfə iştirak etdiyini deyən N.Əsədov qeyd edib ki, daha əvvəl yüngül atletika ilə məşğul olub: "Azərbaycanda belə yarışların keçirilməsi sevindirici haldır".

O bildirib: "Belə yüksək səviyyəli tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna minnətdarlığımı bildirmək istəyirəm".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti