...

Marafon üçüncüsü: Bakı Marafonu hər il keçirilməlidir

Cəmiyyət Materials 1 May 2016 12:39 (UTC +04:00)
Bakı Marafonu ənənəyə çevrilməli və hər il keçirilməlidir.
Marafon üçüncüsü: Bakı Marafonu hər il keçirilməlidir

Bakı. Maksim Tsurkov, Vüqar İmanov - Trend:

Bakı Marafonu ənənəyə çevrilməli və hər il keçirilməlidir. Bunu Trend-ə marafonda finişə üçüncü gəlmiş Tural Sadıxlı deyib.

O bildirib: "Çox şadam ki, yarışlara yaxşı hazırlaşmışam. Bu tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkür etmək istəyirəm".

25 yaşlı T.Sadıxlının sözlərinə görə, gücünü düzgün bölüşdürməsi ona üçüncü yeri tutmağa kömək etdi: "Mən Azərbaycan Təhsil Nazirliyinin Bədən Tərbiyəsi və İdman Mərkəzində işləyirəm. Buna baxmayaraq, mənə çətin idi. İkinci yeri tutmaq üçün bir az gücüm çatmadı, lakin bunu gələn dəfə etməyə çalışacağam".

Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilib.

Xeyriyyə məqsədi daşıyan tədbirə ümumilikdə 7000-dən çox iştirakçı qatılıb. Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan 500-dək əcnəbi qoşulub.

Marafon saat 10:00-da başlayıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti