...

Özgə əmlakını məhv edən şəxs 2000 manata qədər cərimələnəcək

Cəmiyyət Materials 3 May 2016 20:21 (UTC +04:00)
Azərbaycanda əmlakı qəsdən məhv etmə və zədələməyə görə cərimələr ən azı 4 dəfə artırıla bilər.
Özgə əmlakını məhv edən şəxs 2000 manata qədər cərimələnəcək

Bakı. Samir Əli - Trend:

Azərbaycanda əmlakı qəsdən məhv etmə və zədələməyə görə cərimələr ən azı 4 dəfə artırıla bilər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə müvafiq dəyişiklik ediməsi təklif olunur.

Belə ki, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədilməklə özgənin əmlakını qəsdən məhv edən və ya zədələyən şəxsin 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması təklif edilir.

Hazırda həmin maddə ilə təqsirləndirilən şəxs 100 manatdan 500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik Milli Məclisin mayın 6-da keçiriləcək plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti