...

Sabah bağlanacaq yollar məlum oldu

Cəmiyyət Materials 3 May 2016 17:19 (UTC +04:00)
Bakı şəhəri ərazisində yarışın hərəkət istiqaməti üzrə bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Sabah bağlanacaq yollar məlum oldu

Bakı. Samir Əli - Trend:

Azərbaycanda "Tour d'Azerbaidjan-2016" beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar olaraq, Bakı şəhəri ərazisində yarışın hərəkət istiqaməti üzrə bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, İdarə avtomobil sahibləri, paytaxt sakinləri və sürücülərin nəzərinə çatdırır ki, mayın 4-də səhər saat 09:30-dan etibarən start veriləcək yarış paytaxtın Dövlət Bayrağı Meydanından Bakı Dairəvi yolu ilə Bakı-Sumqayıt şosesi, Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bır sıra mərkəzi küçələri üzrə davam edəcək: "Həmin marşrut üzrə kəsişən əksər küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti