...

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başlayıb

Cəmiyyət Materials 3 May 2016 19:05 (UTC +04:00)
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildə filialı açılıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail filialı fəaliyyətə başlayıb

Bakı. Trend:

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) İsraildə filialı açılıb.

Mərkəzin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bununla bağlı BBMM-in icraçı direktoru Azad Məmmədovla "İsrailin səsi" radiostansiyasının daimi şərhçisi, İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut arasında Azərbaycan multikulturalizmi və tolerantlığının təbliği istiqamətində birgə fəaliyyət göstərmək, müştərək layihələrin icrasını təmin etmək, BBMM-in mənafelərini təmsil və müdafiə edən İsrail filialının fəaliyyətini təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BBMM-in İsrail filialı A.Qutun rəhbərliyi ilə Azərbaycanın və İsrailin milli tarixinin və mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər, multikulturalizm və tolerantlıqla bağlı konfranslar, seminarlar, "dəyirmi masa"lar və disputlar təşkil edəcək.

Xatırladaq ki, hazırda BBMM-in Almaniya, Portuqaliya, İtaliya, Rusiya və Qazaxıstanda filialları fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti